Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Sabah Krımda referendum keçiriləcək

Krımda referendumdan bir gün qabaq muxtariyyətdə "Sükut günü" elan olunub, - "Rg.ru".

Krımın informasiya və təhsil naziri Dmitri Polonski bildirib ki, KİV-də və televiziyalarda Rusiyanın tərkibinə daxil olması xeyrinə və ya əleyhinə diskussiyalar olmayacaq.

Mart ayının 17-də keçiriləcək referendumda, seçicilərə Krımın Rusiyanın tərkibinə qoşulmasına və ya Ukraynanın tərkib hissəsində qalaraq 1992-ci ilin Konstitusiyasının bərpa olunması haqda seçim imkanları veriləcək.

Seçkilərdə 1 milyon 515 min insan iştirak edəcək.

Seçki məntəqələri saat 08:00-dan 20:00 kimi fəaliyyət göstərəcəklər.

Seçkilərə 21 ölkədən gələn 50 müşahidəçi nəzarət edəcək. Referendumun nəticələri mart ayının 17-də açıqlanacaq./deyerler/
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51