Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video görüntüləri yayılıb

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video görüntüləri yayılıb.
“İraq Şam Dövləti” silahlı qruplaşmasına məxsus saytlardan əldə edilən həmin video görüntülərdə iki azərbaycanlı döyüşçünün Suriyanın Raqqa şəhəri küçələrində avtomobildə gəzinti səhnəsi əks olunub. Həmin görüntülərdə Raqqa şəhərinin terrorçuların əlində olduğu və binaların üstündə qara rəngli “İslam Bayrağı”nın dalğalandığı görünür.

Yayılan görüntülərdə danışan azərbaycanlı terrorçu Raqqa şəhərində İraq Şam Dövlətinin elan olunduğunu bildirir: “Nəhayət ki, Raqqa şəhərində qara bayrağımız dalğalandı. Allaha şükürlər olsun ki, bu şəhərdə İraq şam Dövləti elan olundu. Axır ki biz bu günləri də gördük” deyə azərbaycanlı terrorçu bildirir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/


1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı