Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Əski Recep Tayyip Erdoğanı özlədik...

Recep Tayyip Erdoğan. Arbakan Hocanın arzularını yaşatması üçün öz cığırı ilə gedən bir insan.

Recep Tayyip Erdoğan. İstanbulun bələdiyyə başqanı kimi dürüstlük dərsi qoyan və təmiz işləmək nümunəsi yaradan bir komandanın kapitanı olmuş bir insan.

Recep Tayyip Erdoğan. İslami kimliyini ifadə edən bir şeirinə görə zindana girən bir insan.

Recep Tayyip Erdoğan. Zindandan çıxıb, ən qısa dönəmdə Türkiyənin yeni elitasını toparlayıb, qapı-qapı gəzərək, islami kimliklə Türkiyə şərtlərində belə iqtidar olmanın mümkünlüyünü isbatlayan bir insan.

Recep Tayyip Erdoğan. Bir zamanlar bütün İslam dünyasının başına and içdiyi bir insan.

Recep Tayyip Erdoğan. “One minute” duruşu ilə sionist rejiminin illərlə etdiyi cinayətləri ifşa edən bir insan.

Recep Tayyip Erdoğan. “Mavi Marmara” olayında geri çəkilməyən, Qüds və Qəzza dərdlisi olan bir insan.

Recep Tayyip Erdoğan. Halkalıda Aşura nitqini söyləyən bir insan.

Recep Tayyip Erdoğan. Nəcəful-Əşrəfi ziyarət edən və Nəcəf hövzəsinin etimadını qazana bilən bir insan.

Recep Tayyip Erdoğan. Məsumeyi-Qum hövzəsi məracələrinin Nobel Sülh mükafatının alınmasına layiq saydığı bir insan.

Bu siyahını uzada da bilərəm. Amma son illərdə bütün bunlar haraya yoxa çıxdı?!...

İndi aldığımız xəbərlər həminmi sayın Recep Tayyip Erdoğan haqqında xəbərlərdir?!

...
...
...

Hesab ediniz ki, bu nöqtələrin yerinə urək ağrısı ilə oxuduğum xəbərləri qoydum.

Bu yazını isə, son günlərdə Əhli-Beyt (ə) məktəbinin, Cəfəri məzhəbinin, Həzrət Əli (ə) şiələrinin adlarını yersiz misalda hallandıraraq, dolayısı ilə fitnə yaradan kimi başa düşüləcək kimi ehtiyatsız ibarələr işlədən Recep Tayyip Erdoğanla bağlı yazmağa qərara gəldim.

Əski sayın Recep Tayyip Erdoğan üçün özlədik, darıxdıq.

Parçalayan Erdoğan üçün deyil, birləşdirən Erdoğan üçün. Məzhəb və təriqət vizionu sahibi olan Erdoğan üçün deyil, İslami kimliyi ortaya qoyan Erdoğan üçün.

Düşmənlərin İslam coğrafiyasında aktiv oyunçu olan Erdoğan üçün deyil, ümmətçi Ərdoğan üçün.

Ümmət daxilində, Türkiyə daxilində bölücülük yaradan, diskriminasiya siyasəti sərgiləyən Erdoğan üçün deyil, məzhəb üzrə bölünməkilik problemlərini çözən, “Caferi açılımı”nı yapan Erdoğan üçün.

Qapı-qapı insanlara doğru gedən Erdoğan üçün.

Öz xətalarını görə bilən və insanlardan üzr diləyə bilən bir Recep Tayyip Erdoğan üçün.

Əski Recep Tayyip Erdoğan üçün lap özlədik...

Hacı İlqar İbrahimoğlu
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17