Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

BDU-nun rəhbərliyi nazirliyə çağırıldı

Tələbələrin etirazları ilə bağlı Bakı Dövlət Universitetinin dekan və prorektorları Təhsil Nazirliyinə çağırılıblar.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, aksiyalarla bağlı həmçinin Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirilərək qərarlar verilib:

“Tədris proqramlarında yükün ağır olması, imtahanların kecirilməsi ilə baglı Bakı Dovlət Universitetinin bu sahəyə cavabdeh olan dekan və prorektorları Təhsil Nazirliyinə dəvət olunublar. Onlar hal-hazırda həmin tədris prqramlarına yenidən baxırlar. Hər hansı bir artıq yük varsa, yenidən baxılacaq, imtahanların təşkilində tam şəffalıq təmin olunacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Dövlət universitetinin tələbələri təhsildə kredit sistemində yaranan problemlərə görə etiraz aksiyası keçirmişdilər. Daha sonra universitet rəhbərliyi təcili müşavirə keçirərək tələbələrin problemlərinin həll olunduğunu açıqlamışdı./ans/
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP