Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

“Koroğlu” metrosundakı dükanları sökməyə başladılar - (Fotolar)

Metronun “Koroğlu” stansiyasındakı ticarət obyektlərini bu dəqiqələrdə sökməyə başlayıblar.

Əraziyə xeyli sayda polis əməkdaşı gətirilib. Polis satıcılara mağazaları qısa zamanda boşaltmaq göstərişi verib. Satıcılar martın 27-dək vaxtlarının olduğunu desələr də polis buna məhəl qoymayıb. Bildirib ki, mağazalar bu gün sökülməlidir. Satıcılara mallarını boşaltmaq üçün bir saat vaxt verilib. Hazırda mağazalar boşaldılır.

Müxbirimiz bildirir ki, dükanları sökülərkən qarışıqlıq düşəcəyindən və mallarının oğurlanıb talan ediləcəyindən qorxan bəzi satıcılar mallarını dəyər-dəyməzinə satmağa başlayıb.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC satıcılara martın 27-dək vaxt verdiyini açıqlamışdı./virtualaz/

 

 

1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP