Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2014

Milli Şuradan "Yeni Müsavat"a etiraz

““Yeni Musavat” qəzeti Milli Şura haqqında həqiqətə uyğun olmayan məlumat yayır”

Milli Şura “Yeni Musavat”ın bugünkü buraxılışında “Milli Şuranın fəaliyyəti iflic olub” adlı başlıqla dərc edilən xəbərə etirazını bildirib.

Bu barədə məlumat "Azadlıq.info"ya Milli Şuranın Mətbuat Xidmətindən daxil olub. Məlumatda deyilir:

“Yeni Musavat” qəzetinin 15 mart 2014- cü il tarixli 67 (5776) saylı buraxılışında Milli Şura haqqında “Milli Şuranın fəaliyyəti iflic olub” adlı həqiqətə uyğun olmayan növbəti yazı dərc olunub. Yazıda “AXCP-nin qərargahının əlindən alınıb sökülməsi bu partiya ilə yanaşı, Milli Şuranın da faktiki olaraq qərargahsız qalmasına səbəb olub. Bu isə artıq Milli Şuranın fəaliyyətinə öz təsirini göstərməkdədir. Məlumatlara görə, qurumun rəhbər orqanı olan Koordinasiya Şurasının toplantıları yer olmaması səbəbindən keçirilmir. Milli Şuranın sessiyasının da keçirilməsi üçün yer yoxdur” kimi dezinformasiya xarakterli fikirlər yer alıb. Milli Şuranın Mətbuat Xidməti bildirir ki, “Yeni Musavat” qəzetində dərc olunan bu yazı reallıqdan uzaq olmaqla quruma qarşı növbəti təxribat cəhdidir. Milli Şura haqqında cəmiyyətdə mənfi rəy yaratmağa xidmət edən növbəti ugursuz addımdır. Məlumat üçün bildiririk ki, Milli Şuranın Koordinasiya Mərkəzinin iclasları hər həftə nəzərdə tutulan vaxtda keçirilir. Qurumun son 2 iclası Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun ofisində keçirilib. Koordinasiya Mərkəzinin iclasları barədə hazırlanmış məlumat bütün mətbuat orqanlarına, o cümlədən “Yeni Musavat” qəzetinə də göndərilib. Milli Şura son 2 həftədə 2 mühüm ictimai dinləmə keçirib; Avrointeqrasiya mövzusunda və AXCP- nin məskunlaşdığı binanın partladılması ilə bağlı araşdırmaçı jurnalist qrupunun hazırladığı hesabatın təqdimatı. Təəssüflə qeyd etmək lazımdır ki, dəvət olunmasına baxmayaraq digər mətbuat orqanlarından fərqli olaraq “Yeni Musavat” qəzetinin əməkdaşları tədbirdə iştirak etməyiblər. Eyni zamanda qurumun öz sessiyasının keçirilməsi ilə bağlı da hər hansı problem yoxdur. Əsasnaməyə uyğun olaraq yaxın günlərdə KXCP- nin qərargahında növbəti sessiya keçiriləcək.

Milli Şuranın fəaliyyəti, bəyanat və açıqlamaları, keçirdiyi tədbirlər haqqında qurumun Mətbuat Xidmətini yaydığı məlumatları dərc edən və bu fəaliyyətdən xəbərdar olan qəzetin “Milli Şuranın fəaliyyəti iflic olub” qənaətində bulunması təəssüf və təəccüb doğurur.

Milli Şura bütün mətbuar orqanları ilə əməkdaşlığa hazır olduğunu bir daha bəyan etməklə onları qurumun fəaliyyəti haqqında məlumatları yayarkən obyektivliyə riayət etməyə, qarşı tərəfi dinləməyə, hər hansı məlumatı dəqiqləşdirmək üçün Milli Şuranın Mətbuat Xidməti ilə əlaqə saxlamağa çağırır.
1431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12