Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2014

Nəqliyyat Nazirliyinin boynuyoğunları qəzaya səbəb oldu

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişi ilə taksi sürücüsü arasında baş verən münaqişə qəza ilə nəticələnib.

Tbilisi prospektində müştəri qismində "90 NZ 109" dövlət nömrə nişanlı taksiyə əyləşən nəqliyyat müfəttişi bir qədər sonra sürücü ilə mübahisə edərək ondan avtomobili saxlamasını tələb edib. Sürücü maşını saxlamayınca müfəttiş əli ilə sükanı sağa çevirib. Yoldan çıxan avtomobil piyada səkisinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Qəzanın səbəbkarı olan nəqliyyat müfəttişi hadisə yerindən qaçmaq istəyərkən digər taksi sürücüləri tərəfindən tutulub.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları müfəttişi saxlayaraq polis bölməsinə aparıblar.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır./apa/


1251 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber