Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2014

16 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Martın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.06.17, 10:56
Azərbaycana yay gəldi