Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2014

Gülər Əhmədovaya 1 aprel “sürpizi”

Sabiq deputatın apelyasiya şikayətinə “aldatma günü” baxılacaq
Sabiq deputat Gülər Əhmədovanın Apelyasiya Məhkəməsinin vaxtı dəqiqləşib. G.Əhmədovanın vəkili Əfsər Talıbov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məhkəmə iclası 1 aprel 2014-cü il tarixinə təyin edilib. Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı vəkil Əfsər Talıbov bir sıra vəsatətlərlə çıxış edib. O, məhkəmə istintaqının aparılması barədə də vəsatət verib.

Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib. Bunun üçün həmin prosesin qərarından Ali Məhkəməyə şikayət edilib.

Ə.Talıbov Ali Məhkəmənin vəsatətlərlə bağlı nə qərar verməsi barədə məlumatsız olduğunu dedi. Amma vəkil ümid edir ki, məhkəmə istintaqsız keçirilməyəcək. Müsahibimiz Bakı İstintaq Təcridxanasında Gülər Əhmədova ilə görüşdüyünü, onun səhhətinin nisbətən düzəldiyini dedi.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23