Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2014

Salyan Ziyalılar Birliyinin sədri özünü güllələyib öldürdü

Bu gün Salyan rayonunda intihar hadisəsi baş verib. Salyan Ziyalılar Birliyinin sədri özünü güllələyərək öldürüb.

Hadisə martın 16-da günorta saatlarında baş verib. Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadıqov yaşadığı evdə özünü ov tüfəngi ilə güllələyib. O, ürəyinə atəş açıb.

Xəbərdə deyilir ki, 1946-cı il təvəllüdlü Qulam Sadıqov həm də Salyan Rayon Təhsil Şöbəsinin keçmiş müdiri idi. Qulam Sadıqov Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifi idi.

Qulam Sadıqovun özünü öldürməsinin səbəblərinə gəlincə isə intihara səbəb kimi onun ağır xəstəliyi göstərilir. Mərhumun başında şiş varmış və buna görə iki il qabaq əməliyyat da olunubmuş. Onun son vaxtlar xəstəlikdən daha çox əziyyət çəkdiyi bildirilir./virtualaz/
1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto