Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2014

Əliyevin şirkətlərində maaş böhranı

«Azenco» ASC və Sumqayıt Texnologiyalar Parkında işləyənlər əmək haqqı ala bilmir

“Azenco” ASC-nin və Sumqayıt Texnologiyalar Parkının (STP) 8 minə yaxın işçisi yanvar-fevral aylarının maaşını ala bilmir. Adıçəkilən şirkətlər maliyyə problemlərinin səbəbləri ilə bağlı şərh vermir.
Yüksək voltlu elektrik ötürücü xətlərinin tikintisində işləyən “Azenco” ASC işçilərindən biri Turan-a bildirib ki, onlara ayda 250 manata qədər cüzi əmək haqqı verilir. Maaşa əlavə olaraq, gündəlik 5 manat ezamiyyət pulu ödənilir. “Biz səsimizi çıxara bilmirik, belə ki, hamı iş yerini itirməkdən qorxur”,- deyə özünü təqdim etməkdən imtina edən gənc bildirib.
STP-də də analoji vəziyyət yaranıb. Burada orta aylıq əmək haqqı təxminən 400 manat təşkil edir.
“Azenco” ASC-nin ümumi şöbəsinin rəis müavini Mirzə Mirzəyev əmək haqlarının ödənişində uzunmüddətli gecikmənin səbəbini söyləməkdən imtina edib. O, şirkətə yazılı müraciət etməyi xahiş edib.
“Azenco” ASC “INTERENERJI” şirkətinə məxsusdur. 2009-cu ilin dekabrında şirkət “Azenco” şirkətinin 97.5 faiz həcmindəki payına sahib olaraq investisiya müsabiqəsinin qalibi elan olunub. STP “Azenco” ASC ili eyni qrupa daxildir. 2009-cu ildə “Azenco”nun aktivləri 500 mln. dollar olaraq qiymətləndirilirdi.
“INTERENERJI” əsas - 70 faizlik payının sahibi isə “Ador” MMC-dir. Araşdırmaçı jurnalist Xədicə Ismayılova “BAKU CRYSTAL HALLun sirləri” adlı son araşdırmasında “Interenerci” şirkətinin və onun sahibi “ADOR” MMC-nin izini S.Vurğun küçəsi 7 ünvanında tapıb.
Bu ünvanda isə 3 seçici qeydə alınıb: Mehriban Arif qızı Əliyeva, Leyla Ilham qızı Əliyeva və Arzu Ilham qızı Əliyeva.
Beləliklə prezident ailəsinin qeydiyyatda olduğu S.Vurğun küçəsi 7 ünvanında hüquqi qeydiyyatdan keçmiş “ADOR” MMC şirkəti “INTERENERJI”nin sahibi olduğu üçün, o həm də “INTERENERJI”nin 70 faiz paya sahib olduğu “AZENCO GROUP” MMC-nin əsas sahibidir.
“AZENCO GROUP” MMC isə, Vergilər Nazirliyinin 6 aprel 2012-ci il məlumatına görə, 17 zavodu birləşdirən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin sahibidir.
Qısası, bu şirkətlər hakim ailəyə məxsusdur və maraqlıdır ki, ölkədə analoqu inkişafdan Ilham Əliyevin öz şirkətlərində maaş böhranı yaşanır./azadlıq/
1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16,