Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2014

Rəşad Ramazanovun ismarışı var

Dini fəal, bloqçu Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova martın 15-də “Media forum” saytına açıqlama verib. O deyib ki, bu gün Rəşadla telefonla danışıb: “2 saylı Cəzaçəkmə Müəssisəsində ona münasibətin yaxşı olmadığını, bir qədər sıxışdırıldığını söylədi. ATƏT-dən, Beynəlxalq Qızıl Xaç Komitəsindən bir nümayəndə ilə görüşmək istədiyini bildirdi”.

Könül İsmayılova əlavə edib ki, yoldaşı həbs olunduğu gündən dünyadan xəbər tuta, cəmiyyətdə nələr olduğunu bilmir: “Ona bütün olanları yalnız mən çatdırıram, amma telefonda hər şeyi demək olmur. Anasından nigaran olduğunu, onun əfv məktublarından üzüldüyünü dedi. Sözü bu oldu ki, bilirəm, çox əziyyət çəkəcəksiniz, amma mən heç zaman əfv olunmağım üçün kiməsə müraciət etməyəcəm, hər zaman haqqı demişəm və şərlənərək həbs olunmuşam, buna görə üzr istəmək fikrim yoxdur”.

Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22
Qəssab Həs