Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi İranda səfərdədir

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi İranda səfərdədir.

Lahdar Brahimi üçgünlük səfər çərçivəsində martın 16-da İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Martın 17-də isə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmilərlə görüşəcək.
Görüşlərdə Suriyadakı son vəziyyət və bu ölkədəki böhranla bağlı Cenevrədə keçirilmiş toplantı əsas müzakirə mövzusudur.
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber