Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Bakıda əmi qardaşı oğlunu qətlə yetirib

Ötən gün axşam saatlarında Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Salatın Əsgərova küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Tahir Atamalı oğlu Əliyev şəxsi münaqişə zəminində qardaşı oğlu İlham Ramiz oğlu Əliyevi bıçaqlayıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Qətli törədən Tahir Əliyev saxlanılıb./apa/
1371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP