Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Lənkəranda küçəyə atılmış körpə tapılıb

Lənkəran rayonunda küçəyə atılmış körpə tapılıb. Uşaq martın 16-da saat 17.00 radələrində rayonun Səpnəkəran kəndi ərazisində Mirsalam adlı yerli sakin tərəfindən aşkarlanıb.

Uşaq aşkarlanan zaman yanında ona aid paltar və digər əşyalar da qoyulubmuş. Əraziyə dərhal polis əməkdaşları və təcili yardım stansiyasının həkim briqadası cəlb olunub. Onların müdaxiləsi ilə körpə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə aparılıb. Təxminən 3 aylıq olan oğlan tibbi müayinədən keçirilib və onun səhhətində hər hansı problem olmadığı müəyyənləşib. Daha sonra körpə şəhərdəki uşaq xəstəxanasına təhvil verilib.

Hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsində körpənin valideynlərinin kimliyi araşdırılır./apa/
1577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
21.05.17, 09:14