Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Krımlıların 93%-i Rusiyanı seçdi

Krımda keçirilən “referendum”da təşkil olunmuş “exit poll”-un nəticələri məlum olub.

RİA “Novosti” agentliyinin verdiyi məlumata görə, Krım Siyasi və Sosial Araşdırmalar İnstitutunun keçirdiyi “exit poll”-un nəticələrinə əsasən, krımlıların 93%-i Muxtar Respublikanın Rusiyaya birləşdirilməsinə səs verib.

“Exit poll” Krımda 150, Sevastopolda 50 seçki məntəqəsində təşkil olunub. Sorğuda ümumilikdə 59 min 111 nəfər iştirak edib.

Qeyd edək ki, Krımda martın 16-na keçirilmiş “referendum”a iki sual çıxarılıb: “Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?” və “Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?”

Rusiyadan başqa, bütün ölkələr və beynəlxalq təşkilatlar “referendumu” qeyri-qanuni elan edib
1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP