Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Gizirimiz öldü

Sumqayıtda maşın dəmir arakəsməyə çırpılıb, gizir dünyasını dəyişib

Bakı-Quba yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib.

24 yaşlı İbrahimov Rauf Zöhrab oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xilas etmək üçün əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər tərəfindən avtomobildən çıxarılan sürücü ağır bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 24 yaşlı Rauf İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçir. Gizir xidmətdən sonra şəxsi avtomobili ilə evə qayıdırmış./apa/
1389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45