Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

1 neftçi öldü, 3-ü yaralandı

Dənizdə estakada uçdu: 1 neftçi öldü, 3-ü yaralandı
ARDNŞ-in “Neftqazmatikinti” trestinin 7 saylı tikinti quraşdırma idarəsində estakadanın uçması nəticəsində 4 nəfər dənizə düşüb. Onlardan biri - Musa Hacıyev vəfat edib.

Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisi dedi ki, martın 16-na keçən gecə baş vermiş hadisə nəticəsində Səfədur Zəkəriyev, Mənsim İmanov və Mais adlı işçilər isə xəsarət alıblar: “Estakada həmin trestin deyil. Hazırda dəqiqləşdirmə aparırıq. Bu işdə məsuliyyət daşıyan şəxslər cəzalandırılmalıdır”.

M.Qəhrəmanlı qeyd etdi ki, neft sektorunda baş verən qəzalara görə məsuliyyətli şəxsin cəzalandırılmaması cinayətlərin sayını artırır: “Martın 15-də “Qarasu OİL”da qəza nəticəsində çilingər-elektrik Oleq Siyasət oğlu Ağayev dunyasını dəyişdi. Quyuda təmir işləri aparılarkən kranın qarmağından qopan boru çilingərin başina dəyib. Son bir il ərzində bu şirkətdə baş verən üçüncü qəza hadisəsidir. Ötən ilin oktyabrın 3-də “Mişovdaq” istehsalat sahəsində fəhlələri aparan avtobusun aşması nəticəsində 18 nəfər xəsarət almışdı. Onlardan biri dünyasını dəyişdi, 4 nəfər isə əlil oldu. Avtobusun sürücüsü yataq xəstəsinə çevrilib. Bu ilin fevralında isə şirkətdə baş vermiş qəza nəticəsində isə neftçi Arif Həsənov xəsarət aldi. Quyuda təmir işləri aparılarkən stellaja yığılmış boru dağılıb və neftçinin qıçını sindirib”.

Təşkilat rəhbəri qəzaların baş verməsində fəhlələrin günahkar çıxarıldığını vurğuladı./virtualaz/
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber