Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

"Göydə uçan "samolyot"a mən evin içində baxıram..."

Qazax rayon sakini ölkə vətəndaşlığından imtina etməyi düşünür
Bu günlərdə Qazax rayonu Qarapapaq kənd sakini Musayev Zaur redaksiyamıza müraciət edərək evinin qəzalı vəziyyətdə olduğunu, bununla bağlı bütün əlaqədar orqanlara müraciət etdiyini, lakin birbaşa etdiyi müraciətlərə, yazdığı məktublara baxmayaraq dərdinə çarə edən olmadığını bilidirdi. Şikayətlə bağlı müxbirimiz adı çəkilən ünvanda olub.

Qapıdan daxil olanda şikayətçi Zaur Muasyevin anası Səmayə Musayeva özünü üstümüzə atdı, özünün dediyinə görə hər yerdən əli üzülən nənə yalvarmağa başadı:

"Ay bala, dərdiniz alım. Evim uçub gedir. Qapı-pəncərə bomba düşmüş kimi dəlik-deşik... Görün, belə yerdə də adammı yaşayar? Yollarda, mağazalarda "karobka" qalmayıb. Daşıyıb evimizin açıqda qalan, soyuq işləyən, it-pişik, ilan-çiyan daraşan yerlərini yummaqdan birtəhər olmuşam. Yolla maşın gedəndə ev silkələnir, az qalır başıma uça. Yağış yağanda evə damır, vedrə, cəm, ləyən qoyub su daşıyırıq. Evdimi bu? İtlə, pikişklə, ilan-çiyanla birənti yatırıq. Oğlum səhhətindən dolayı işləmir. Mənim aldığım pensiya da qaza, işığa, dolanışığa güclə çatır..."

O bildirdi ki, bütün əlaqədar orqankara dəfələrlə müraciət ünvanlamaqlarına, məktub yazmaqlarına baxmayaraq heç bir təbdir görülmür.

"Neçə dəfə icra hakimiyyətinə də, yuxarıda oturan məmurlara da, Mehriban Əliyevaya da, İlham Əliyevə də, deputatımız İlyas İsmayılova da yazmışıq. Ancaq sanki bu problem kimsəni maraqlandırmır. Yazdığımız məktublara icra hakimiyyətindən Tahir Musayev adlı şəxs tərəfindən bizə hər dəfə eyni məzmunda cavablar gəlir ki, biz sizə Qarapapaq məktəbi sökülən zaman oradan istifadəyə yararlı materiallar təklif etmişik, qəbul etməmisiniz. Amma onların təklif etdiyi taxtaların, qapı-pəncərlərin vaxtı çoxdan keçmişdi. Həmin materialları bizdən qabaq evimizin təmiri üçün çağırdığımız ustalar qəbul etmədilər ki, çürükdü".

Səmayə xanımın oğlu Zaur da onun dediklərini təsdiqlədi. Tahir Musayevin gah anasına, gah onun özünə ünvanladığı cavab məktublarında yazdıqlarının doğru olmadığını, belə ki, adı çəkilən məktəb söküləndən sonra tikinti materialı kimi onlara təklif olunan qapıların, pəncərələrin, dam örtüklərinin tamamilə istifadəyə yararsız olduğunu söylədi.

"Mənə beş dənə köhnə şifer vermişdilər. Demişdilər ki, sürüşdürüb köhnələrin arasına sal. Bu da çürükdü, köhnə də çürükdü, əmələ gəlmir axı".

Öz növbəsində o da qeyd etdi ki, eyni məzmunlu cavab məktublarından daha cana doymuşuq, bu adam "sizə təklif etmişik"dən başqa söz bilmir.

"Dəfələrlə yazılı, ya birbaşa dərdimizi danışıb problemimizin həllinə nail olmağa cəhd etmişik. Amma o adam haraya məktub yazdıqsa cavabında yazdı ki, təklif etmişik, qəbul etməmisiniz. Özüm gedib baxdım. Orada sadəcə hörüyün arasına atmağa yarayan qır-qırıntıdan savayı bir şey yox idi. Plastik ayna-qapılar vardı, hara apardılar, neylədilər xəbərim olmadı. Axı, belə olmaz. Yağış yağır, qazan, vedrə qoyub su daşımaqdan qırılırıq. Evin döşəməsinin olmaması, qapı-pəncərəsinin sınıq-salxaq, divarların çat-çat olması bir yana ləmpəsi də deşikdi. Vəziyyət elədi ki, oturduğun yerdə bir də görürsən, siçan, siçovul təpəndən aşağı tökülür."

O daha gülməli, bəlkə də daha ağlamalı bir məqamı diqqətimizə çatdırdı ki, səmada uçan samalyotu rahatca seyr edə bilir.

"Baxırsınız da, göy görünür. Göydə uçan samalyota mən evdə baxıram, təsəvvür edin ki... Yenə sağ olsunlar, qonum-qonşudan kardon-filan güclə tapıb calaq eləmişik. Yay gələndə ilanı-çiyan əlindən evə girmək mümkün olmur. Uşaq-böyük qorxur, mümkün deyil, burada yaşamaq. Dəfələrlə möhtərəm prezidentimizə, ölkənin birinci xanımına da yazıb bildirmişəm, anamın da dediyi kimi baxmırlar bizim işə."

O qeyd etdi ki, icra başçısının qəbulunda olub, fövqəladə hallar komissiyasının evə baxış keçirməsini, vəziyyət ilə bağlı akt tərtib etməsini istəyib.

"Onlar mənə bildirdilər ki, qoy görək, zəlzələ olurmu. Olsa dəvət edərik fövqəladə halları komissiyasını. Bunların sözündən o çıxır ki, zəlzələ olsun, ev başıma uçsun, gəlsinlər mənə qəbiristanlıqdan gor-zad, əlli dənə standart daş, dörd dənə də sement verib işlərini başa çatmış saysınlar..."

Sonda o, əlacının ölkə vətəndaşlığından imtina etməyə qaldığını dedi.

"Bütün vəziyyətimi dedim sizə. Yaşaya bilmirik burada. Yenə deyirəm, yolla maşın gedəndə ev silkələnir. Gecənin birində uçsa, beş nəfər qalıqların altında qalıb ölsə, cavab verə biləcəklərmi? Artıq məcburam, mən ölkə vətəndaşlığından imtina edəm. Mənim başqa əlacım qalmayıb. Bir oğlum, bir qızım böyüyür. Köməklik göstərməsələr, onların bir ağ gün görməsi üçün gərək çıxıb gedəm bu ölkədən.."/musavat/
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı