Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Sabirabadda ölülərin pensiyasını kim alır?

DSMF-in Sabirabad şöbəsinin müdiri Əliqəmə Quliyev bu işlərin ustasıdır

Sabirabad rayonundan saytımıza olduqca ilginc bir məlumat daxil olub. Məlumatda bildirilir ki, rayonda dünyasını dəyişən insanların pensiyaları Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində «yeyilir». Məlumatda bildirilir ki, dünyasını dəyişən insanların yaxınları «Ölüm haqqında» şəhadətnaməni almadıqda, pensiya təminatı dayandırılmır. Tam bir təsadüf nəticəsində bu günlərdə Sabirabad rayonun Cavad kəndindən olan sakinlərdən biri illər öncə dünyasını dəyişmiş atasının adına pensiya ödənişi edildiyinin şahidi olub. Faktın üstü açılsa da, DSMF-in Sabirabad şöbəsinin müdiri Əliqəmə Quliyevin yaxın qohumu olduğundan bu barədə ictimayyətə məlumat verilməyib. Məlumata əsasən Əliqəmə Quliyev DSMF-in rayon şöbəsində illərdir ki, bu əməliyyatı həyata keçirir. Məlumatlara görə, «Ölüm şəhadətnamə»sini DSMF-ə təqdim etməyənlərin dəfn xərcləri də yas sahiblərinə verilmir. Nəticə etibarilə də kifayət qədər yüksək məbləğdə vəsaitlərin bir neçə məmurun cibinə girməsi prossesi təşkil edilir. Qeyd edək ki, gundeminfoya DSMF-in Sabirabad şöbəsində ölülərin adına pensiyaların yazılması və bu prossesin dayandırılmaması ilə bağlı olduqca ilginc faktlar daxil olub. Bununla bağlı bəzi kiçik dəqiqləşdirmələr apardıqdan sonra geniş məlumatları təqdim edəcəyik. Bizi izləyin. Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
1257 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı