Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

“Anam məni kirayə verib”

Əməkdaşımız paytaxtda dilənən qaraçı qızı söhbətə tutdu
Onlarla hər gün rastlaşırıq. İstədiklərini almayana qədər qır-saqqız olub adamdan yapışırlar. Azərbaycanda qaraçı, Türkiyədə çingənə, dünyanın başqa ölkələrində başqa adlarla tanınırlar. Fəqət, bütün dünya üçün onları ümumiləşdirən bir cəhət var - dilənçi xalq.

Artıq qaraçılar deyiləndə ilk növbədə dilənçilik yada düşür. Onların digər dilənçilərdən bir fərqi var ki, burada əsasən qadınlar dilənir. Nədənsə qaraçı kişilər özləri nəinki fiziki əməkdən, hətta dilənməkdən belə çəkinib qadınları və uşaqları önə verirlər. Elə paytaxtımızda kiçik bir araşdırma apararkən də şahidi olduq ki, dilənçilik üçün istifadə edilən körpə uşaqların təxminən 80-90 faizi məhz qaraçılara aiddir.

Müşahidə nəticəsində belə bir maraqlı məqam da ortaya çıxdı. Sən demə, hansısa qaraçı ailəsi hansısa gün dilənməyə çıxa bilmirsə, öz körpə uşağını dilənən digər ailəyə kirayə verir. Burada da uşağın bacarığından asılı olaraq öz “kirayə qiymətləri” var. Məsələn, əksər metro stansiyaları qarşısında, xüsusən də cümə günləri məscid kənarlarında bu vəziyyətdə onlara çox rast gəlmək olur. Xüsusən də havalar isinən kimi bu qaraçılar paytaxtda insanların gur olduğu yerlərdə peyda olmağa başlayırlar. Azyaşlı uşaqlar istədiklərini almayana qədər əl çəkmirlər.

““Dilənəndə cırıq, çirkli paltar geyinirik, rayona gedəndə isə qəşəng paltarlarımızı...”


Qaraçıların daha çox yığışdığı yerlərdən biri də “Neftçilər” metrosunun yaxınlığındakı avtobus dayanacağıdır. Burada avtobus gözləyən paytaxt sakinlərinə yaxınlaşan bu azyaşlı uşaqlar pul almayınca sakinlərdən əl çəkmir, hətta ayaqlarına belə düşürlər. Elə biz də bu cür qaraçı uşaqların əhatəsinə düşdük. “Sən Allah pul ver” deyərək ayağımıza qapanır, az qalır ki, cibimizə girsinlər. Əl çəkmədiklərini görüb pul vermək qərarına gəldim. Ancaq sözün doğrusunu uşaqdan alarlar prinsipinə uyğun olaraq uşağı sorğu-suala da çəkdik.

“Danışsam, pul verərsən”, - deyə soruşdu. Razılaşdıq. Adının Cəmilə, yaşının isə 7 olduğunu deyən qızcığazdan dilənərək yığdığı pulu nə etdiyini soruşduq. Qaraçı qızı Yevlaxdan gəldiklərini dedi: “Bizim işimizin sezonu başlayıb. Evimiz Yevlaxdadır. Burada 10 nəfər bir yerdə qalırıq. Anam, xalam, bacılarım hamımız dilənirik. Yevlaxda qəşəng evimiz var. Biz dilənəndə cırıq, çirkli paltar geyinirik. Ancaq rayona gedəndə qəşəng paltarlarımızı”.

Elə yenicə söhbətə başlamışdıq ki, qaraçı qadınlardan biri uşağı səslədi. Görünür qadın uşağı çox danışdırmağımızdan şübhələnmişdi.

Qaraçı qızcığazın dediklərindən belə məlum oldu ki, onlar ehtiyac ucbatından yox, adət üzrə dilənirlər. Bir az aralıda isə 15-16 yaşlarında olan bir qız da vardı. Ancaq o, balaca qaraçılar kimi sakinlərə çox israr edə bilmirdi. Bu qaraçı qız dilənməyin onlarda adət olduğunu dedi: “Bu bizim adətimizdir. Biz işləmirik. Yaz və yayda dilənir, qışda isə yığdıqlarımızla dolanırıq”.

Qaraçı qızdan nə qədər pul yığa bildiklərini soruşduqda o, ay əzində 500-600 manata qədər pul yığa bildiklərini dedi: “Elə vaxt olur ki, bir günə 50-60 manat yığırıq. Elə vaxt da olur ki, 20-30 manat. Bizim fərqliliyimiz odur ki, pul almayınca əl çəkmirik. Qovsalar da, söysələr də pulu almadan getmirik”.

Qaraçılar arasında kiçik bir qız uşağı ilə etdiyim söhbətdə də onun “kirayə”yə verilməsini öyrəndik. Dediyinə görə, anası dilənməyə çıxa bilmədiyi üçün onu qonşusuna kirayə verib. Balacanın dediyinə görə, qazandığı pulun yarısını qonşusuna verməlidir.

Qeyd edək ki, qaraçılar daim köç etdiklərindən konkret yaşayış yerləri, dövlətləri yoxdur. Hazırda dünyada 8-10 milyon qaraçının olduğu bildirilir. Ən çox ABŞ-da (1 milyon) yaşayırlar. Avropada isə bu millət nümayəndələrinin əksəriyyəti (535 min) Rumıniyada məskunlaşıb.

Bolqarıstan və Rusiyada onların sayı 200 mindən yuxarıdır. Buxarestdən 80 kilometr aralıda kiçik Buzesku şəhərində varlı qaraçıların villaları yerləşir. Burada hətta 30 milyon avroyadək qiyməti olan evlərə rast gəlmək mümkündür. Bütün dünya qaraçılarının şahı adlandırılan Florian Çioaba da burda yaşayır. Onun illik qazancının 50 milyon avrodan çox olduğu bildirilir. Dünya qaraçılarının şahının təkcə yataq otağının bəzədilməsinə 55 kiloqram qızıl işlədilib.

Moldova qaraçılarının baronu Artur Çerar və onun tayfasının illik qazancı 20-40 milyon avro arasındadır. Kosovolu baron Nəcməddin Nezirinin tayfası isə ona ildə 50 milyon avroya qədər gəlir gətirir./musavat/
1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı