Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Suriyada terrorçu liderlərdən biri ələ keçirilib

Məlumata əsasən, Yəbrudda xeyli sayda silahlı əsir götürülüb

Suriya dövlət ordusu əl-Qələmun yüksəkliklərində yerləşən Yəbrudu tam şəkildə nəzarətə götürüb.

İnterAz-ın Suiya mətbuatına istinadla verdiyi xəbərə görə, Suriya ordusu Livan sərhəddində yerləşən strateji Yəbrud rayonunu ələ keçirmək üçün bir həftəyə yaxın idi ki, əməliyyatlar aparırdi.

Suriya ordusu bu bölgədə minlərlə terrorçunun sığındığını bəyan edir və məhz bu bölgənin tez bir zaman ərzində ələ keçirilməsində israr edirdi.

Məlumata əsasən, burada xeyli sayda silahlı əsir götürülüb. Onların sıralarında “ən-Nusra Cəbhəsi”, “İslam Cəbhəsi” və sair qruplaşmaların təhlükəli liderlərinin olduğu bildirilir. Suriya dövlət mənbələri tezliklə əsir götürülən terrorçuların adlarının açıqlanacağını bəyan edib.
1252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP