Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2013

Ali məktəbə daxil ola bilməyən 18 yaşlı qız özünü bıçaqladı

Samuxda ali məktəbə daxil ola bilməyən qız özünü bıçaqlayıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Samux rayon İnstitut qəsəbə sakini, 1995-ci il təvəllüdlü Gülşən İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparılan 18 yaşlı qızın vəziyyəti normal qiymətləndirilir.
Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna bildiriblər ki, Gülşən İbrahimova əvvəlcə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirsə də, sonra hadisəni olduğu kimi danışıb. Qeyd edib ki, o ali məktəbə qəbul ola bilmədiyi üçün əsəbiləşib və özünü bıçaqlayıb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP