Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

İran nüvə proqramına dair müzakirələri geridə qoymaq istəyir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gün Tehranda çıxışı zamanı bu cür açıqlama verib

İranın hökumətinin qərb ölkələri ilə qarşıdan gələn 5+1 formatlı görüşlərdə nüvə proqramına dair yekun razılıq əldə edəcəyi gözlənilmir. İnterAz-ın İRNA agentliyinə istinadla verdiyi xəbər görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gün Tehranda çıxışı zamanı bu cür açıqlama verib. Belaruslu həmkarı Vladimir Makeylə görüşündən sonra Zərif qeyd edib ki, rəsmi Tehran artıq nüvə proqramına dair müzakirələri geridə qoymaq və nüvə texnologiyası sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək istəyir.

"Vyana görüşləri ilə əlaqədar hələlik gündəm müəyyən olunmayıb. Lakin bu mərhələdə bir neçə məsələni müzakirə edəcəyik. Əsas məsələlərdən biri nüvə proqramının ölçüləridir. Bura uranın zənginləşdirilməsi və sair daxildir. Biz, eyni zamanda, bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərini də müzakirə edəcəyik".

Noyabrda əldə edilən Cenevrə razılaşmasına əsasən, İran ona qarşı tədbiq olunan sanksiyaların yüngülləşdirilməsi qarşılığında uranın zənginləşdirilməsini dayandırmaq və sentrifuqaların sayını azaltmağa razılıq vermişdi.

Avstriyanın paytaxtı Vyanada keçiriləcək görüşlərin növbəti mərhələsi martın 18-19-a planlaşdırılır.
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP