Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Suriya hökümət ordusu Yəbrud şəhərini tam şəkildə ələ keçirib

Suriya hökümət ordusu və “Hizbullah” dünən Yəbruda daxil olduqdan sonra şəhərdə təmizləmə əməliyyatlarına başlayıblar

Suriya höküməti Livan sərhəddində yerləşən əl-Qələmun yüksəkliklərinin bütün bölgələrini nəzarətə alıb.

İnterAz–ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, Suriya hökümət ordusu və “Hizbullah” dünən Yəbruda daxil olduqdan sonra şəhərdə təmizləmə əməliyyatlarına başlayıblar.

Məlumata əsasən öncədə Yəbrudda olan silahlılardan mindən artığı Rənkus bölgəsinə tərəf qaçıblar. Ordu qüvvələri isə Yəbruddan Livana gedən yolu nəzarətə götürərək, buradan keçən silahlıları hədəfə almaqdadırlar. Livan mənbələri son gündə ölkənin Suriya sərhədində yerləşən Ərsal rayonuna silahlıların 100-dən artıq yaralısının gətirildiyini bəyan ediblər.

Bildirək ki, Yəbrud əl-Qələmun yüksəkliklərində yerləşən sonuncu bölgə idi ki, hökümətin əlinə keçib. Ekspertlərin fikrincə, bu irəliləyiş hökümətə kömək edəcək ki, paytaxtı Aralıq dənizi sahilinə birləşdirən yolun təhlükəsizliyini və həmçinin Livandan axışan silahlıların qarşısını ala bilsin.
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP