Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təlimlər keçirir

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının gəmilər qruplaşması Xəzər dənizində təlimlərə başlayıb.

Rusiya Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, təlimdə Flotiliyanın «Tatarıstan», «Dağıstan» raket gəmiləri, «Ataman Platov» orta desant kateri və 4 ədəd «Serna» tipli sürətli desant kateri iştirak edir.

Martın 15-də başlanmış təlim iki həftə davam edəcək. Təlim müddətində raket gəmiləri tərəfindən şərti rəqibin suüstü və yerüstü obyektlərinə qarşı döyüş hərəkətləri aparılacaq.

Minaların məhv edilməsi, gəminin hava hücumuna qarşı müdafiəsi, həmçinin diversiyalara qarşı müdafiə və desant çıxarma əməliyyatları yerinə yetiriləcək./apa/
1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...