Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

17 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında martın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 23 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacağı ehtimalı vardır.
Azərbaycanın rayonlarında da martın 17-də gecə və səhər havanın əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 2-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Temperaturun gecə 3-8 dərəcə isti, gündüz 14-19 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı ehtimalı var.
1519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21