Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Əbdüləziz Ali Şeyxin beli sındı

P.S. Qeyri-rəsmi mənbələrinn verdiyi xəbərə görə, bu hadisə vəhabilərin Suriyada ən mühüm mərkəzi, başqa sözlə alınmaz qala elan etdikləri Yəbrud şəhəri Hizbullah döyüşçüləri tərəfindən fəth edildikdən sonra baş vermişdir. Görünür, Şeyx bu xəbəri eşitdikdən sonra belim sındı deyib və bir qədər keçdikdən sonra həqiqətən də yıxılıb və beli sınıb.

Şeyxin vəziyyəti nəzarət altındadır

Islamazeri.az-ın "Didehbanews" saytına istinadən verdiyi xəbərə əsasən, Həzrət Zəhranın (ə) şəhadət günündə Əhli beyt (ə) düşməni xəsarət alıb.

Ərəb mənbəsinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Ali Şeyx, Xanım Zəhranın (ə) şəhadəti günü yıxılaraq beli sınıb. Əhli-Beyt (ə) və onların tərəfdarları ilə daima düşmənçilik edən bu şeyx xəstəxanaya köçürülüb.

Vəhhabiyyətin banisi olan Muhəmməd bin Abdul-vəhhabın nəslindən olan şeyx Əbdul-əziz, məşhur vəhhabi alimi Bin Bazdan sonra onun vəzifəsini davam etdirir.

Şeyxə yaxın olan mənbələrin bildirdiyinə əsasən, şeyxin vəziyyəti nəzarət altındadır.

Qeyd edək ki, vəhhabi şeyxi moizələrində davamlı olaraq Yezidin haqlı, İmam Hüseynin (ə) isə haqsız olduğunu insanlara çatdırıb.
3315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı