Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

WhatsApp-da əla yenilik

WhatsApp şirkəti eyni adlı messencerinin yeni versiyasını hazırlayır: VoIP zənglər dəstəklənəcək. Resurs tətbiqin yeni beta-versiyasının ekran görüntüsü bloqda yerləşdirilib.

Şəkildə çağırış idarəetmə düymələri görünür. Tətbiqin yeni versiyasının dizaynı iOS 7.1 platformasının yeni dizaynına çox oxşardır.

WhatsApp populyar ödənişsiz messencerdir və onun auditoriyası 450 milyondan çoxdur. Tətbiq iPhone, Android, Windows Phone, BlackBerry, Nokia S40 və Symbian üçün əlçatandır. İstifadəçilər mətn mesajlarından başqa, fotoşəkil və videofaylları göndərə bilərlər. 2013-cü ilin avqustunda əvvəlcədən yazılmış səs mesajlarının göndərilməsi funksiyası istifadəyə verilib.

Bir neçə həftə əvvəl WhatsApp-ın yaradıcısı Yan Koum 2014-cü ilin ikinci rübündə tətbiqə VoIP texnologiyası üzrə çağırış funksiyasını əlavə etməyə söz verib. O deyib ki, WhatsApp rəqib məhsullarla müqayisədə trafiki az istifadə edəcək.

Xatırladaq ki, fevralın sonunda Facebook şirkəti WhatsApp-ı 19 milyard dollara satın alıb. /İCTnews/
1455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP