Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Dərnəgül bazarı köçürülür

Köçürülmə prosesinə yaxın aylarda start veriləcəyi gözlənilir

Dərnəgüldəki inşaat bazarı yaxın aylarda başqa əraziyə köçürüləcək. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, köçürülmənin səbəbi ölkə başçısı Ilham Əliyevin inşa edilən yeni rezidensiya ilə bağlıdır. Bu bazar yeni rezidensiyaya gedən yolun kənarında yerləşir. “Prezidentin yeni rezidensiyasına gedən yolun kənarında eybəcər mənzərənin olmasını istəmirlər. Bu baxımdan Dərnəgül bazarının köçürülmə zərurəti yaranıb. Bazarın yaxınlığında yerləşən "Baku Steel Company" də başqa əraziyə köçürüləcək", deyə məlumatda bildirilir.

Hazırda Bakıda bazar üçün müvafiq yer axtarılır. Həmçinin hələlik planın ictimailəşməməsinə çalışılır. Hakimiyyət ehtiyat edir ki, “Sovetski”nin sökülməsi, metrodakı köşklərin yığışdırılması gündəmdə olduğu və narazılıqla qarşılandığı bir vaxtda bu məsələnin ictimailəşməsi narazıların sayını bir qədər də artırar. Və ölkədə ciddi sosial gərginlik yaranar.

Qeyd edək ki, Dərnəgüldəki inşaat bazarı prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətindədir.
1299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber