Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

“Corc Buş”un ardınca daha bir ABŞ gəmisi Krımdan qaçdı

ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Truxtun” esminetsi Bolqarıstanın Qara dənizdəki Varna limanını tərk edərək naməlum istiqamətə yola düşüb.

Bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin informasiya xidməti məlumat yayıb.

“Truxtun” esminetsi Rusiya xüsusi təyinatlı qüvvələrinin Krıma yeridilməsinin ardınca Qara dənizə daxil olmuşdu və bu, ABŞ-ın Rusiyaya mümkün hərbi cavab variantları ilə izah edilirdi.

Lakin hərbi gəmi Bolqarıstan və Rumıniya donanması ilə birgə manevrlər keçirdikdən sonra Qara dənizi tərk edib. Beləliklə, Qara dənizdə ABŞ-ın hərbi mövcudluğu aradan qalxıb.

“Truxtun” esminetsi ABŞ-ın ən iri təyyarədaşıyan gəmisi olan “Corc Buş”un rəhbərlik etdiyi qruplaşmaya daxildir. Bundan əvvəl “Corc Buş”un da Ukraynaya dəstək üçün Qara dənizə doğru üzdüyü açıqlanmışdı. Lakin təyyarədaşıyan gəmi Türkiyənin Antalya limanında üç gün dayandıqdan sonra regionu tərk edərək Fars körfəzinə doğru istiqamət almışdı./virtualaz/
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP