Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Güləndən Ərdoğana məktub: “Ya ol, ya öl!”

Fətullah Gülənin 2006-ci ildə Baş nazir Ərdoğana bir məktub yazdığı və ona xəbərdarlıq etdiyi ortaya çıxıb.

Fətullah Gülənin Türkiyənin Baş naziri R.T.Ərdoğana yazdığı 2006-cı il 2 may tarixli məktub ortaya çıxıb. Bu məktub məsələsini Ərdoğan 2014-cü ilin 4 yanvar tarixində jurnalistlərə açıqlamasında bildirmişdi. Onun sözlərinə görə, Fətullah Gülən xoca əfəndidən ona “sülh məktubu” gəlib. Ancaq bu məktub əslində prezidentə xitabən yazılıb, Ərdoğana isə sadəcə bir nüsxəsi göndərilib.
Lakin Fətullah Gülənin söhbətlərinin yayımlandığı “herkul.org” saytının redaktoru Osman Şimşək 2006-cı ilin 2 may tarixində Fətullah Gülənin Ərdoğana indiyənə qədər ictimaiyyətə açıqlanmayan məktub göndərdiyini açıqlayıb.
“Bugün” qəzetinin baş redaktoru Ərxan Başyurd isə bu günkü köşəsində həmin məktubun mətni haqqında yazıb.
Məktubda Ərdoğana demokratikləşmə xəttindən yayındığına görə xəbərdarlıq olunur:

Ya ol, ya öl. Ancaq mütləq etibarlı qal

“Ya ol, ya da öl. Ancaq mütləq etibarlı qal! Sizi bu cür istiqamətdən yayındıran prezident, hətta dünya dövlətlərinə başçılıq edən belə olsa, özünüz olaraq qalmağınızın həm zati-ailəniz, həm də millətimiz üçün həyat qədər vacib olduğunu demək istəyirəm”.
1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı