Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

Elnur Aslanovu işdən çıxarıldı

İlham Əliyev Prezident Administrasiyasının şöbə müdirinin işdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb

İlham Əliyev daha bir sərəncam imzalayıb.

Sərəncama əsasən Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Aslanov Elnur Kazım oğlu 15 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olub. şdur. Bakı Dövlət Universitetini və “Azərbaycan” Universitetini bitirib.

1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektorunda referent, böyük məsləhətçi, 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləyib.
Prezidentin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilib.
1712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi