Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

"Azərbaycanlı adında bir xalq mövcud deyil"

Jirinovski azərbaycanlıları təhqir etdi
LDPR sədri: "Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər-Xəzər dənizi, baca-yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar"

Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski yenə də qalmaqallı çıxışı ilə yadda qalıb.

Dövlət Dumasında çıxışı zamanı o, azərbaycanlılar və ukraynalılardan danışıb. V. Jirinovski azərbaycanlı adında bir xalqın əslində mövcud olmadığını deyib.

"Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər-Xəzər dənizi, baca-yəni yer deməkir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət demək deyil axı. Bu həmin yerdə yaşayan insanlar deməkdir. Yəni necə ki, volqoqrodlular", - deyə Jirinovski deyib.

Qeyd edək ki, Vladimir Jirinovski bir neçə gün əvvəl də qalmaqallı çıxışı ilə yadda qalmışdı. O, Dağlıq Qarabağın Rusiyaya verilməsini təklif etmişdi. Partiya liderinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini yalnız bu yolla həll etmək mümkündür./ans/
1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber