Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2014

Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq edir

Yaponiya Rusiya ilə viza rejiminin sadələşdirilməsi və investisiyalar haqqında razılaşma üzrə danışıqları dayandırır.

Reuters agentliyinin verdiyi məlumata görə, bu barədə Yaponiya hökumətinin rəsmi nümayəndəsi Yoşihide Suqa bildirib.

“Yaponiya hökuməti Krımda keçirilən referendumun nəticələrini tanımır. Ukraynanın Konstitusiyanı kobud şəkildə pozan səsvermə hüquqi cəhətdən etibarlı sayıla bilməz. Rusiyanın hərəkətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozur. Bu çox təəssüf ediləcək bir haldır”, deyə Yaponiya hökumətinin sözçüsü qeyd edib./apa/
1390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:23