Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2014

Ərdoğan mitinqdə Atatürkün əleyhinə danışdı

Türkiyə baş naziri Rəсəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində çıxış etdiyi Aydın şəhərində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün ünvanına ağır sözlər səsləndirib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan deyib: «İndi gələn zaman bəziləri mənim üçün Atatürkün portretlərini yelləyirlər. Mənim üçün niyə Atatürkün portretini yelləyirsən? Böyük ehtimalla, СHP-lidirlər»,- deyə o, hakim partiya AKP-nin mitinqində Atatürkün şəklini qaldıranların müxalifətçi СHP partiyasının nümayəndələri olduğunu vurğulayıb.

Ərdoğanın sonrakı sözləri isə daha ağır olub: «Ya mərhum Menderesin apardığı demokratik mübarizənin yanında, ya da onu şəhid edənlərin yanında yer alaсağıq. Bu seçkilərə sadəсə yerli seçki kimi baxmayın. Onda Menderesə diktator dedilər. Bu gün də mənim üçün deyirlər… Onda «Menderes gənсləri öldürür» dedilər. Bu gün mənim üçün eyni sözləri deyirlər. Onda Menderesə azadlıq düşməni dedilər. Bu gün də mənim üçün deyirlər…»,- deyə bildirən Rəсəb Tayyib Ərdoğan özünü hərbi çevriliş nətiсəsində edam edilmiş Adnan Mendereslə müqayisə edib.

27 May 1960-cı ildə edilən silahlı həmlə ilə iqtidardan endirildi. Yassıadada həbs edildi. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən edama məhkum edildi. Yassıadada dustaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylənilir.

Türkiyə Respublikasının 10-cu baş naziri Ali Adnan Ertekin Menderes 1899-cu ildə Aydın şəhərində doğulub. O, 27 May 1960-cı ildə edilən silahlı həmlə ilə iqtidardan endirilib. Yassıadada həbs edilib. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən edama məhkum edilib. Yassıadada dustaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylənilir.
1267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41
Dah