Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Rusiya Hərbi Hava Qüvvələrinin komandanı İranda səfərdədir

Rusiya Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Viktor Nikolayeviç Bondarev İranda səfərdədir.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfər İran Hərbi Hava Qüvvələrinin komandanının dəvəti əsasında baş tutub. V. Bondarev səfər çərçivəsində oktyabrın 20-də Tehranda iranlı həmkarı Həsən Şahsəfi ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələsi əsas müzakirə mövzusu olub. Bundan başqa, qarşılıqlı tələbə mübadiləsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Belə ki, İranın Rusiyaya tələbə göndərməsi, həmçinin rus pilotların İranda təhsil alması məsələsi gündəm mövzusu olub.

Qeyd edək ki, V. Bondarev səfər çərçivəsində İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının komandanı Fərzad İsmaili və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə ilə də görüşəcək. Rusiyalı komandan Tehran şəhərindəki Mehrabad aviasiya zonasına, Şəhid Səttari hərbi bazasına və İsfahan şəhərindəki Şəhid Babai hərbi bazasına da baxış keçirəcək.
1655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı