Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

Rusiya və Ukrayna hərbçiləri arasında atışma olub

Bir Ukrayna hərbçisi həlak olub

Rusiya xüsusi təyinatlılarının Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrinin fotoqrammetriya mərkəzinə həyata keçirdikləri hücum nəticəsində bir Ukrayna hərbçisi həlak olub. “UNİAN”ın verdiyi xəbərə görə, bu barədə “İnformasiya müqaviməti” qrupunun təşkilatçısı Dmitri Timçuk öz Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Rusiya xüsusi təyinatlılara döyüş dəstəyi “özünümüdafiə” dəstəsi adlandırılan qruplaşmanın üzvləri tərəfindən göstərilib.

Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznevin sözlərinə görə, hücum nəticəsində fotoqrammetriya mərkəzinin bir əməkdaşı həlak olub. Həlak olan hərbçi hərbi hissə ərazisində növbə çəkirmiş.

Dmitri Timçukun sözlərinə görə, atəş “özünümüdafiə” dəstəsi tərəfindən açılıb. Yaralı hərbçi xəstəxanada keçinib.
1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP