Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Sumqayıtlılar aksiyaya başladı - Foto

Bu vaxta olan məlumata görə, “Karvan” Ticarət Mərkəzində çalışan sahibkarlar Eldar Əzizovla deyil, icra başçısının müavinləri ilə görüşə biliblər. Danışıqlar zamanı yanan yerlərin iki ay ərizndə təmir edilərək sahibkarlara təhvil veriləcəyi rəsmən elan edilib.
Qeyd edək ki, danışıqlarda “Karvan” Ticarət Mərkəzinin sahibi Agamirzə Əhədov da iştirak edib.
***
“Karvan” Ticarət Mərkəzinin sahibkarları bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin binası qarşısına toplaşırlar.
“Axar.az” xəbər verir ki, sahibkarlar şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmək və kompensasiya almaq məsələsini müzakirə etmək istəyirlər.
Hadisə yerində olan “Dünya” TV-nin Xəbərlər departamentinin direktoru Nizami Rəsulovun “Axar.az”a dediyinə görə, icra hakimiyyətinin qarşısı həddən artıq qələbəlikdir və zərərçəkən sahibkarların axını davam etməkdədir: “Eldar Əzizov yerində yoxdur, ona görə də onları kimin qəbul edəcəyi bilinmir”.
Qeyd edək ki, Eldar Əzizovun müavinləri sahibkarlarla icra hakimiyyətinin binası qarşısında görüşürlər.




1983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23