Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

Hicab məhbusuna “namaz qadağası”

İslamçıların Hüquqlarını müdafiə Komitəsi 17 saylı CÇM-də hicab məhbusuna işgəncə verilməsi ilə bağlı bəyanat verib
İslamçıların Hüquqlarını Müdafiə Komitəsi “hicab məhbusu” Elçin Quliyevlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 2012-ci il oktyabrın 5-də keçirilən “Hicaba azadlıq” aksiyasında həbs edilərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş E.Quliyevə qarşı həbsxana rəhbərliyi tərəfindən təzyiqlər edilir.


Bəyanatda qeyd olunur ki, hazırda 17 saylı CÇM-də məhkumluq həyatı yaşayan Elçin Quliyevin həbsxanada camaat namazı qılması müəssisə rəhbərliyi tərəfindən amansız və qeyri-insani rəftara məruz qalması ilə nəticələnib. Hicab məhbusu dəfələrlə “karsa” salınıb, bir dəfə isə 3 ay müddətinə “kars”la cəzalandırılıb. Qardaşı həbsxanada E.Quliyevin mütəmadi olaraq döyüldüyün və bunun nəticəsində bədənində göyərmə və şişlərin olduğunu bildirib.
İHMK məhbus E.Quliyevlə bağlı bu vəziyyətdən ciddi narahatdır və baş verənlərə etiraz edir. Bütün bu və bu kimi əməllərin insan ləyaqətinə zidd, qeyri-insani və qanunsuz olduğunu bəyan edir: “Həmçinin bildiririk ki, hətta cinayət əməli törətmiş istənilən bir şəxsin azadlıqdan məhrum edilməsi belə, heç bir halda həmin şəxsin insani, etiqad və vicdan azadlıqlarının məhdudlaşdırılmasına, işgəncələrə məruz qalmasına səbəb ola bilməz. İslamçıların Hüquqlarının Müdafiəsi Komitəsi, ölkə qanunlarının ona verdiyi imkan çərçivəsində və öz konstitusion hüquq və azadlıqlarının müdafiəsi uğrunda öz etirazını ifadə edərkən azadlıqdan məhrum edilmiş Quliyev Elçinə qarşı həyata keçirilən bu hərəkətləri bir daha qətiyyətlə pisləyir. Eyni zamanda, bu cür qeyri-insani əməlləri icra edən, buna göz yuman və birbaşa olaraq məhbusların həyatı və sağlamlığına cavabdehlik daşıyan Penitensiar Xidmət rəhbərliyinə xəbərdarlıq edərək bildiririk ki, onun həyatı və sağlamlığı üçün yarana biləcək istənilən təhlükənin məsuliyyəti bilavasitə sizin üzərinizdədir”.
İHMK yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarını, ölkə KİV-ni və vətəndaş cəmiyyəti fəallarını məsələni nəzarətə götürməyə, bu cür qanunsuz əməllərin qarşısının alınmasına səy göstərməyə çağırır.
Xatırladaq ki, 2012-ci ildə baş vermiş sayca 3-cü hicab aksiyasından sonra 36 nəfər dindar həbs olunaraq 2 ildən 6 ilədək azadlıqdan məhrum edilib. Onlardan bir neçəsi azadlığa buraxılsa da, hazırda 30 nəfərdən artıq “hicab məhbusu” həbsxanada saxlanılır.
Kənan/musavat
2138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34