Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

Suriya kosmik agentlik qurur

Suriya Milli Kosmik Agentliyinin qurulmasıyla əlaqədar qərarı Nazirlər Kabineti qəbul edib
Müəllif

Suriya Parlamenti kosmik araşdırmalar həyata keçirmək məqsədi ilə Milli Kosmik Agentliyi qurulduğunu açıqlayıb.

Suriya Milli Kosmik Agentliyinin qurulmasıyla əlaqədar qərarı Nazirlər Kabineti qəbul edib.

Suriyanın kosmik sahadə fəaliyyəti sadəcə 1987-ci ildə yeganə astronavtı Məhəmməd Əhməd Farrisi Sovet İttifaqı astronavtları Aleksandr Viktorenko və Aleksandr Laveykin yoldaşlığında "Soyuz TM -3" kosmik gəmisiylə kosmosa göndərməklə məhdud idi.

Məhəmməd Əhməd Farris "Mir" stansiyasında kosmik tibb elmi və avadanlıq sahələrində araşdırmalar edib, Suriyanın şəkillərini çəkib. Kosmos macərasını səkkiz gündə başa çatdıran Suriyalı astronavt o ilin sentyabr ayında doğulan üçüncü uşağına Sovet kosmik stansiyasının xatirəsinə Mir adını vermişdi.

Uçuşdan sonra Suriyaya qayıdan Farris Suriya Hava Qüvvələrində işləməyə başlayıb. 2012-ci il avqustun 5-də ailəsi ilə birlikdə Türkiyəyə qaçan astronavt Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən müxalifətə qatılıb.
1026 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16