Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

İlaxır tonqalı Bakıda avtomobil dayanacağını yandırdı

İlkin ehtimala görə obyektin yaxınlığında qalanan bayram tonqalından taxta konstruksiyalı dam örtüyünə alov düşüb

Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi 27 ünvanında yerləşən avtomobil dayanacağında güclü yanğın baş verib. Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 8-dən çox yanğınsöndürən briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun məlumatına görə, yanğın ümumi sahəsi 500 kv.m. olan avtomobil təmiri emalatxanasında baş verib. Yanğın nəticəsində profilaktoriyanın 300 kv.m. sahəsi yanıb.

Hadisənin səbəblərinə dair müxtəlif versiyaların olduğu bildirilir. Onlardan birinə əsasən, obyektin yaxınlığında qalanan bayram tonqalından taxta konstruksiyalı dam örtüyünə alov düşüb.

Hadisə nəticəsində “BMW” markalı avtomobilin qismən yandığı bildirilir. Hazırda yanğının səbəbləri araşdırılır.
1478 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51