Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

İnsanın ilk dəfə açıq kosmosa çıxmasından 49 il ötür

Tarixə ad yazdıran sovet kosmonavtı Aleksey Leonovun bu il 80 yaşı qeyd ediləcək

Aleksey Leonov — açıq kosmosa çıxan ilk insandır.

ANS PRESS-in xəbərinə görə, bu hadisə 18 mart 1965-ci ildə baş verib. Həmin vaxt açıq kosmosa çıxış 23 dəqiqə çəkmişdi ki, Leonov 12 dəqiqəni kosmik gəmidən kənarda keçirmişdi.

"Vosxod" kosmik gəmisinə qayıdarkən isə onun skafandrı şişdiyindən içəri daxil ola bilməmişdi. Yalnız skafandrın içərisindəki artıq təzyiqi buraxdıqdan sonra Leonov istəyinə çatmışdı. Özü də kosmik gəmiyə təlimatda nəzərdə tutulduğu kimi deyil, öncə ayağını yox, başını içəri salaraq daxil olmuşdu.

Tarixə ad yazdıran sovet kosmonavtı Aleksey Leonovun bu il 80 yaşı qeyd ediləcək. O, yaşının çox olmasına baxmayaraq, gümrah qalmağı bacarıb. Tez-tez ekspert kimi televiziyalara dəvət edilir. Bir neçə elmi iş və icada imza atıb.

Qeyd edək ki, açıq kosmosda qalma müddəti son 50 ildə 12 dəqiqədən 9 saata çıxıb. Aşıq kosmosda qalma sayı (16) və ümumi kosmik gəmi xaricində xaricində qalma müddəti (82 saat 22 dəqiqə) rekordu rus kosmonavt Anatoliy Solovyova aiddir.
1765 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11