Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Bəşər Əsəd Türkiyəyə qarşı daha bir cəbhə açdı

Suriya prezidenti Əsəd Türkiyə sərhədində savaşan Rojava kürdlərinə “biz dostuq” mesajını göndərərək ittifaq təklif edib.
“Axar.az”ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Əsəd kürd millət vəkili Ömər Osə vasitəsi ilə Suriyadakı kürdlərə hüquqlarını tanımağa hazır olduğunu bəyan edib.
Ankarada Xarici İşlər Nazirliyinin əməkdaşları ilə görüşən Kürd Beynəlxalq Şurası heyətində yer alan İlham Əhməd noyabr ayının sonunda təşkil olunacaq Cenevrə toplantılarından əvvəl kürdlərin tələblərini açıqlayıb.

“MƏCLİSİN 18%-İ KÜRDLƏRƏ AYRILSIN”

İ.Əhməd kürdlərin ittifaq üçün muxariyyət və Rojava kürdlərinin haqlarının konstitusional təhlükəsizliyi üçün milli məclisin 18%-nin kürdlərə ayrılmasını tələb edib.
1969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12