Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

“Gərək məmurlar öz villalarını satsınlar ki...”

İşdən çıxarılan bələdçilərə “məhkəmədən iddianızı geri çəkinc pulunuzu verək” deyiblər
“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları davam edir. Bələdçilərin etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, onların yerlərinə beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının azalmasıdır. Etirazların nəticəsi isə hələ də yoxdur.

Bələdçilərin şikayətləri nəticəsində rəhbərlik tələblərinin bir qismini qarşılamaq niyyətinə gəlib. Amma buc bələdçiləri qane etmədiyi üçün onlar razılaşmayıblar. Bu sözləri aylardır etiraz aksiyaları keçirən bələdçilərdən biri olan Adil Vəlixanov musavat.com-a müsahibəsində bildirib.

Adil Vəlixanovun sözlərinə görə, mətbuatda çıxan yazılardan sonra rəhbərlik onlarla razılığa gəlmək istəyib: “Bizə təklif etdilər ki, məhkəmədə olan iddialarımızı geri götürək. Qarşılığında isə 2001-dən bu günə kimi mənimsədikləri pulları geri qaytaracaqlarını dedilər. Əlbəttə ki, biz razılaşmadıq. 2001-ci ildən bu yana bu qədər bələdçinin haqqı yeyilib. Onları ödəməlidirlər. Bizə qanunla günlük 10 manat pul yazılmalı idi. Bu pulları da yeyiblər. Hansı ki, bu bizim haqqımızdır. Bir dəfə başqa ölkəyə səfərə gedəndə bu 4-5 gün vaxt aparır. Bu isə maaşdan əlavə 40-50 manat pul deməkdir. Bizə isə 10 manat, əvvəllər daha da pisc 5 manat yazırdılar. Bu qədər bələdçidən oğurlanan sadəcə bu 10 manatları hesablasan minlərlə manat pul edir.”.

A.Vəlixanovun sözlərinə görə, məhkəmə prosesləri uğurla davam edir: “Elyar Muradovla görüşümüz zamanı Fəzail müəllim bizə dedi ki, əgər bizim pulumuzu idarə ödəməsə, o, öz evini satıb bizim pulumuzu verəcək. 170 nəfərdən çox bələdçinin pulunu bir ev satmaqla ödəmək olmaz. Gərək o məmurlar hamısı öz villalarını satsınlar ki, bizim pullarımızı ödəyə bilsinlər. İllərdir bunlar bizim pullarımızı yeyib özlərinə malikanələr tikiblər. Hər yolnan pul yeməyə çalışıblar. İndi geri qaytarsınlar. Onsuz da bizim işimiz məhkəmədədir. İnşallahc onu da udacağıq. Məhkəmə prosesi çox yaxşı gedir. Martın 28-də yekun qərar olacaq. Bunlar da ona görə qorxurlar. Çünki ortaya dəlil və sübutlar qoymuşuq”.

A.Vəlixanov deyir ki, artıq şikayətlənməkdən beziblər: “Xarici İşlər Nazirliyinə də gedəcəyik. Onlara da öz şikayətimizi bildirəcəyik. Artıq bezmişik şikayət etməkdən. Əgər yenə də bir müsbət nəticə olmasac bütün xarici qurumlara, səfirliklərə, beynalxalq təşkilatlara üz tutacağıq. Başqa yolumuz qalmayıb”./musavat/
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı