Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

İran səfiri Azərbaycan xalqını təbrik etdi

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Səfirlikdən daxil olan təbrik məktubunda bildirilir ki, Novruz bayramı region xalqlarının zəngin mədəniyyətinin nümunəsi kimi özünü göstərir.

"Ümid edirəm ki, İran və Azərbaycan xalqları arasında münasibətlər daha da möhkəmlənəcək", - təbrik məktubunda bildirilir.

İran dövləti və xalqının səmimi təbriklərini Azərbaycan xalqına çatdırmaqdan şərəf duyan səfir xalqımıza baş ucalığı və uğur arzulayıb./Trend/
1261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber