Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

Sevastopolda Ukrayna hərbi hissəsi ələ keçiridi

Sevastopolda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) qərargahı qarşısında keçirilən mitinqin iştirakçıları mühasirəni qıraraq hərbi hissənin ərazisinə zorla daxil olublar.

Onlar qərargahın üzərində Rusiya və Andreyev bayraqlarını qaldırıblar.

Yerli vaxtla səhər saat 08:00-da qərargahın binası qarşısında mitinq başlayıb, bir neçə yüz iştirakçı hasarı uçuraraq zorla içəri daxil olublar və bayraq ağaclarındakı bayraqları dəyişdiriblər.

Hal-hazırda Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri ilə mitinq iştirakçıları arasında danışıqlar davam edir. Hərbi qulluqçulara qarşı zor tətbiq edilmir. Əməliyyatda Rusiyanın silahlı qüvvələri iştirak etmir.

Xatırladaq ki, çərşənbə axşamı, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar./Trend/
1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA