Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

ABŞ digər ölkə prezidentlərini güdür

MKİ-nin keçmiş işçisi Edvard Snoudenin jurnalistlərə verdiyi materiallara istinadən “Der Spiegel”in verdiyi xəbərə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) Meksika prezidentinin elektron poçtuna gizlin giriş edib.
Sənədlərdə deyilir ki, MTA-nın bu və ya digər məlumatın əldə edilməsi ilə məşğul olan bölməsi 2010-cu ildə Meksika Prezident Administrasiyasının elektron poçtunun sındırılması barədə məruzə edib. 2006-2012-ci illərdə yüksək vəzifədə olan Felipe Kalderonla bərabər MTA Meksikanın nazirlərinin də diplomatik, iqtisadi və siyasi yazışmalarına da giriş əldə edib. Əməliyyat “Flatliquid” adını alıb. Hazirda isə yazışmalara girişin olub-olmaması haqda heç bir məlumat verilmir.
MTA tək Meksika deyil, Braziliya prezidenti Dilma Rusefin də elektron poçtunu sındırıb. Rusef isə ABŞ-a planlaşdırılmış rəsmi səfərini təxirə salıb və açıqlama tələb edib. Bunlarla bərabər MTA-nın qlobal izləmə sisteminin olması barədə sənədlər də jurnalistlərə ötürülüb. Məlumatları ötürəndən sonra Snouden Rusiyada sığınacaq tapıb.
1878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
14.01.17, 09:33