Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

Elnur Aslanovun QHT-sinə verilən pullar - Siyahı/Foto

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov və millət vəkili Ceyhun Osmanlının nəzarətində işləyən ABŞ Təhsilli Azərbaycan Məzunları (AAA) İctimai Birliyinə və “Azərbaycan Biznes Keys Yarışması” layihəsinə müxtəlif şirkətlərdən on minlərlə manat pul yığılıb. Amma bu vəsaitlərin yığılması şəffaf olsa da, hesabatları və vergisi barədə heç bir məlumat yoxdur.

Layihə aşağıdakı biznes şirkətləri tərəfindən maliyyə dəstəyi alıb: PASHA Bank, BP, Procter&Gamble, Zqan Holding, Statoil və Coca-Cola.

“Biznes keys” layihəsinin akademik sponsoru Azərbaycan Diplomatik Akademiyası, əlaqələndirici isə vitse-rektor (icraçı prorektor) Fariz İsmayılzadədir. İddiaya görə, ianələr və qrantlardan dövlətə ödənməli olan vergi keçirilməyib. Bundan başqa, ABŞ səfirliyinin xüsusi maraq dairəsində olan bu təşkilatın (AAA) nurçuların dəstəyi ilə ABŞ-da böyük təbliğatı aparılıb. “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev də həmin şəbəkə vasitəsi ilə ABŞ-da təcrübə proqramı keçib.

“İrəli” İctimai Birliyi də səfirliyin işinə yarımaq üçün çalışıb. Vaxtı ilə ABŞ səfirliyi öz rəsmi Feysbuk səhifəsini “İrəli” təşkilatının ofisində yaradıb.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyininin İdarə Heyətinə Elnur Aslanova yaxın şəxslər - Ceyhun Atayev və Turab Teymurov seçilib. Bu şəxslər həm də Amerika-Azərbaycan Ticarət Palatasının (AmCham) fəal üzvləri və işçiləridir. Yəni:

Turab Teymurov - Xidmət mütəxəssisi (AmCham)

Ceyhun Atayev – “İmpact” Jurnalının Baş redaktoru (AmCham)


Məlumat üçün deyək ki, Amerika Azərbaycan Ticarət Palatası (AmCham) özündə 275 yerli və beynəlxalq biznes qurumlarını birləşdirən bir strukturdur.

Təkcə bir il ərzində biznes qurumlarından təşkilata gələn maliyyənin miqdarı 70 500 AZN təşkil edib.

ABŞ səfirliyindən gələn maliyənin ümumi məbləği isə illik 40 000 ABŞ dollarıdır.

Xatırladaq ki, nurçu olaraq hallanan bu şəbəkənin fəaliyyətinə ABŞ səfirliyinin xüsusi diqqət və qayğı ilə yanaşdığını müşahidə etmək mümkündür. Tədbirlərin keçirilməsi, ictimai və maddi dəstək baxımından ABŞ səfirliyi bu QHT-ləri heç zaman yalnız buraxmayıb.

Əlavə edək ki, ABŞ səfirliyinin qrant müsabiqələri kifayət qədər mürəkkəb və bir neçə pilləli yoxlamalardan keçir.

“Biznes keys” layihəsi üçün şirkətlərdən alınan və vergisi ödənməyən pulların siyahısı:

Baghlan Group: 9 000 AZN
Pasha Bank: 7 000 AZN
Azercell: 5 000 AZN
Universal Manika: 5 000 AZN
British Petroleum (BP): 5 000 AZN
Exxon Mobile: 5 000 AZN
Procter Gamble: 5 000 AZN
Garant Holding: 5 000 AZN
SOCAR AQŞ: 7 000 AZN
Statoil: 3 000 AZN
Chevron: 3 000 AZN
Deloitte: 6 000 AZN
Eastern and Young (EY): 3 000 AZN
Paşa Holding: 2 500 AZN

/axar/
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...