Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

Rusiya UHHQ-nin komandanını azad etməyə çağırıb

Rusiyanın müdafiə naziri Krım hökumətini Ukraynanın Hərbi Hava Qüvvələrinin komandanını azad etməyə çağırıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Krım hökumətini Ukraynanın Hərbi Hava Qüvvələrinin komandanı Sergey Qayduku azad etməyə çağırıb.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının müdafiə nazirliyinin mətbuat xidməti bəyan edib.

“Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Krım Respublikasının rəhbərliyinə martın 19-da saxlanılan Ukraynanın Hərbi Hava Qüvvələrinin komandanı, kontr-admiral Sergey Qayduku azad edib, onun Ukrayna ərazisinə keçməsinə əngəl törətməməyə çağırıb”, - sənəddə qeyd edilir.

Şoyqu Qaydukun Ukraynanın hərbi nizamnaməsinə uyğun olaraq öz rəhbərliyinin əmrlərini yerinə yetirdiyini vurğulayıb.

Xatırladaq ki, ötən gün “Krıminform” agentliyi Sevastopol şəhər prokurorluğuna istinadən Sergey Qaydukun saxlanılması barədə məlumat yayıb./apa/
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39
Rusla